Ermənilər Qarabağa yeni yol çəkmək istəyirlər Hadisə

Ermənilər Qarabağa yeni yol çəkmək istəyirlər

Sahib Alıyev: "Ermənilər unudurlar ki, Qarabağın Göyçəyə deyil, Göyçənin Qarabağa birləşdirilməsinə yol açırlar"

Ermənilərin Hayastan fondu hər il dilənçilik məqsədilə təşkil etdiyi telemarafonu bu dəfə noyabrın 27-ə salıb. Marafondan yığılan pul Göyçəni Dağlıq Qarabağla birləşdirən Basarkeçər-Agdərə (onlar Vardenis-Martakert deyirlər) yolunun asfaltlanmasına sərf ediləcək.
Gün.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Sahib Alıyev qeyd edib.
"Keçən il diləndikləri pul 96 kilometr uzunluğundakı yolun ancaq 22 kilometrinin asfaltlanmasına çatdı. Dilənmək yoluyla da olsa, qoy pul tapıb yerdə qalanını da asfaltlasınlar. O yol bizim üçün çəkilir. Ermənilər unudurlar ki, bununla Qarabağın Göyçəyə deyil, Göyçənin Qarabağa birləşdirilməsinə yol açırlar. İnşallah yolumuz açıq olar!", - deyə o, daha sonra sözlərinə əlavə edib.