"Rusiya mülki şəxsləri öldürməyə davam etdikcə... " Dünya

"Rusiya mülki şəxsləri öldürməyə davam etdikcə... "

Rusiya hərbi və mülki hədəflər arasında heç bir fərq qoymadığını bir daha nümayiş etdirdi. Odessa yaxınlığında sərnişin qatarına endirilən və insan tələfatına səbəb olan zərbə, sadəcə gündəlik həyatlarını yaşayan adi vətəndaşlara qarşı hücum idi.

Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday deyib.

"Hədəfin məhz sərnişin nəqliyyatı olması xüsusilə kinayəli və amansız bir addımdır. Qatardakı insanların nə gizlənmək, nə də cavab zərbəsi endirmək imkanı var; onlar Rusiyanın elə bir terror taktikasına girov çevrilirlər ki, bu taktika ukraynalıları getdikləri hər yerdə qorxu və təhlükə hissinin müşayiət etməsini hədəfləyir:

"Bu cür hər bir zərbə, müharibəyə son qoymağın niyə sadəcə kağız üzərindəki razılaşmalarla məhdudlaşdırıla bilməyəcəyini bir daha xatırladır. Rusiya mülki şəxsləri öldürməyə davam etdikcə, Ukraynanın təhlükəsizliyi real təminatlar və vətəndaşlarını bu cür hücumlardan qorumaq imkanı vasitəsilə təmin edilməlidir".

Xatırladaq ki, dünən
Rusiya Odessadan Dnepr şəhərinə gedən sərnişin qatarına PUA-larla hücum edib.

Ukrayna Dəmir Yollarının məlumatına görə, hadisə nəticəsində 2 maşinist həlak olub. Qatarda olan 340 sərnişin və digər heyət üzvləri təhlükəsiz şəkildə xilas edilib. Onlar təhlükəsiz əraziyə təxliyə olunub.

Cavid