Venesuela Britaniyadakı qızıl ehtiyatlarını bərpa etməyə çalışır Dünya

Venesuela Britaniyadakı qızıl ehtiyatlarını bərpa etməyə çalışır

Venesuela hakimiyyəti İngiltərə Bankında saxlanılan və dəyəri təxminən 4 milyard dollar qiymətləndirilən qızıl ehtiyatının geri qaytarılmasına nail olmaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Venesuela Milli Assambleyasının spikeri Xorxe Rodrigesə istinadən məlumat verib.

O bildirib ki, ölkə hökuməti həmçinin iyun ayında baş vermiş dağıdıcı zəlzələlərdən sonra infrastrukturun bərpasına diqqət yetirəcək. Rodrigesin bəyanatı Venesuelada inflyasiyanın kəskin sürətlənməsi fonunda səslənib.

İngiltərə Bankı bir neçə ildir ki, anbarlarında saxlanılan təxminən 31 ton qızılı Venesuelaya təhvil verməkdən imtina edir. Buna Britaniya hakimiyyətinin Nikolas Maduronun hökumətinin legitimliyi ilə bağlı fikir ayrılıqları səbəb olub. Prezident vəzifəsini icra edən Delsi Rodrigesin Böyük Britaniya Kralı III Çarlza müraciət etməsinə baxmayaraq, Britaniya məhkəmələri hələlik aktivlərin təhvil verilməsini bloklayır.

Məryəm Quliyeva