21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb
Dövlət başçısı: Bizim perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir
Nazir: Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat genişləndiriləcək
Husilər: Səudiyyə Ərəbistanının həbsxanaya zərbəsi nəticəsində 9 əsir həlak olub
29 Sentyabr 2020 15:13
2 023
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Bu barədə icmadan məlumat verilib.
Bildirilib ki, icma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında tələfat baş verdiyini, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
“Həmçinin azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistanın tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadığını xüsusi ilə qeyd edib.
İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırıb. İcma bəyan edib ki, beynəlxalq təşkilatların haqqı müdafiə etməməsi bu təşkilatların nüfuzuna böyük zərbə vurur”, - deyə qeyd olunub.