Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq
“ƏDV geri al” mexanizmi gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq
Kreml, Trampın Ukraynada sülhün həlli barədə fikri ilə razıdır
Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdiriləcək
30 Sentyabr 2020 15:53
1 995
Milli Məclisin deputatı Arzu Nağıyev parlamentdə jurnalistlər üçün yaratdığı əlverişli şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
A.Nağyev qeyd edib ki, burada ən mühüm məsələlərdən biri qanunvericiliklə bağlı məlumatların vaxtında mediaya çatdırılmasıdır: “Bu gün sizin rəhbərliyinizlə parlamentdə yaradılmış Media Mərkəzi buna əlverişli şərait yaradır. Mərkəz jurnalistlərin işinin daha səmərəli aparılması üçün 16 komputer masasının quraşdırıldığı geniş otaqdan, müsahibələrin götürülməsi və brifinqlərin keçirilməsi üçün hər cür şəraiti olan otaqdan və fotostudiodan ibarətdir.
Əvvəllər jurnalistlər deputatlardan müsahibə götürməkdə müəyyən çətinliklər çəkirdilər. Yəni, soyuq havada Milli Məclisin qarşısında və digər ərazilərdə müsahibələr götürmək olduqca çətin idi. Artıq bu çətinliklər arxada qaldı. Çox sağ olun ki, jurnalistlər üçün bu cür şərait yaratmısınız. Jurnalistlər adından sizə dərin təşəkkürümüzü bildiririk”.