İran XİN ABŞ-ı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb
Donald Tramp: Azərbaycan Prezidentini Qəzza üzrə Sülh Şurasına dəvət etməkdən böyük şərəf duyuram
QMİ: Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir
Azərbaycan-Kərkük elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım
27 Oktyabr 2020 11:28
1 953
Oktyabrın 26-da səhər saat 08.00-dan etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, artilleriya atəşinə tutulan yaşayış məntəqələrimizdən biri də Ağdam rayonunun Qaradağlı kəndidir.
Qaradağlı kəndinin sakini Elşad Rəhimov müxbirimizlə söhbət zamanı bildirib ki, səhər saatlarında düşmənin atdığı raket onun da evini dağıdıb: “Bu, artıq ikinci mərmidir ki, həyətimizə atılıb. Düşmənin niyyəti bizi qorxutmaq, ruhdan salmaqdır. Amma onlar bu niyyətlərinə nail ola bilməyəcəklər. Çünki düşməndən qorxmuruq. Öz doğma kəndimizdə yaşayırıq. Ali Baş Komandanımıza, Prezidentimizə, ordumuza güvənərək, hər gün artilleriya atəşi altında olsaq da, gündəlik işlərimizlə məşğuluq”.
Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.
Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.