24 Sentyabr 18:13
24 Sentyabr 16:44
24 Sentyabr 15:59
30 Noyabr 2020 13:42
2 345
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.
İcmadan APA-ya verilən xəbərə görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur. “Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və bacımız düşmənə əsir düşdü.
Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi”, - deyə qeyd olunub.
24 Sentyabr 17:44
791
24 Sentyabr 17:07
707
24 Sentyabr 16:43
749

