Azərbaycanda 10 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Pakistanın Aİ-dəki səfiri: Zəfər Gününü Azərbaycanla birlikdə qeyd edirik - EKSKLÜZİV
Türkiyə MN: F-16-larımız Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək
Paşinyan II Qareginin qardaşını KQB-yə işləməkdə ittiham edib
Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 61 %-dən çox artıb
14 Dekabr 2020 10:54
1 827
Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, müsahibə mərhələsi “Microsoft Teams” platforması üzərindən keçiriləcək.
Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər.
Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə bilərlər.
Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=tTXd4FJHO1k&feature=emb_title
13:16
273
12:50
455
12:50
448