Vüsal Hüseynov: "Pandemiya miqrasiya proseslərinə də mənfi təsirini göstərib" Hadisə

Vüsal Hüseynov: "Pandemiya miqrasiya proseslərinə də mənfi təsirini göstərib"

“Bu il ölkəmizin tarixində şanlı qələbə ili kimi yadda qalacaq. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbə gələcək uğurlarımız üçün zəmin yaradıb. Eyni zamanda bu il bütün dünyada pandemiya ilə mübarizə ili kimi qəbul edilir. Azərbaycan da bu mübarizə tədbirlərini həyata keçirib və pandemiyanın təsirlərindən kənarda qalmayıb. Ötən ilin yanvar-fevral aylarında bütün istiqamətlərdə 2019-cu ilin bütün dövrü ilə müqayisədə artım hiss edilib”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseyno 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün rəqəmlərdə il ərzində 10-15 faiz irəliləyiş olub: “Ötən il pandemiya olmasaydı, miqrasiya prosesi baxımından çox dinamik artım müşahidə edilərdi. Ancaq mart ayından karantin tədbirləri başladı və hazırda da qüvvədədir. Bütün bunlar miqrasiya proseslərinə də mənfi təsirini göstərib, ümumən dünyada insan yerdəyişməsində ən aşağı rəqəm görmüşük. Pandemiya yeni başlayanda 59963 şəxsin hüquqi vəziyyətinin müəyyənləşməsi tələbi var idi. Onlar viza ilə və ya vizasız qaydada ölkəyə daxil olmuşdular. Məhdudiyyətlər səbəbindən ölkəni tərk edə bilmirdilər. Bu şəxslərin müraciətini baxmaq üçün leqallaşdırdıq. Pandemiya dövründə xarici ölkə səfirliklərdə bir çox şəxslərin pasport müddəti bitirdi və çətinlik yaranırdı, bu səbəbdən DMX tərəfindən bu şəxslərin ölkədə leqallaşmasına, etibarsız sənədlə ölkədə olmasına güzəşt edildi. Həmçinin saxlama mərkəzlərinə məcburi yerləşdirmə də dayandırılıb. Hazırda mərkəzdə yalnız öz könüllü müraciəti olan şəxslər saxlanılır. Məlumatlandırma tədbirləri də artırılıb, Çağrı Mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərib. Elektron xidmətlərimiz də yeniləndi və sadələşdirildi. Çoxsaylı şəxslərin bacarıqlarına uyğun elektron xidmətdən istifadə üçün maksimum sadələşdirildi”.