BAMF Nazim İsmayılovun ölümü ilə bağlı nekroloq yayıb Hadisə

BAMF Nazim İsmayılovun ölümü ilə bağlı nekroloq yayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovun vaxtsız ölümü ilə bağlı xüsusi bəyanat yayıb . Bəyanatda deyilir: "2014-cü ilin son ayında beynəlxalq ictimaiyyət yüksək peşakarlığı ilə fərqlənən , böyük vətəndaşlarından birini itirdi . Cənab Nazim İsmayılov başa düşürdü ki, həm öz ölkəsinin, həm də dünyanın vətəndaşı olmaq hansı məsuliyyəti özündə ehtiva edir. Azərbaycanı vətənpərvər oğlu Nazim İsmayılovun rəhbərliyi altında ANAMA dünyada ən yüksək peşəkarlığı ilə fərqlənən humanitar minatəmizləmə qurumlarından birinə çevrilib . Məhz onun və ətrafına topladığı peşakar komandası sayəsində ANAMA beynəlxalq bir brend kimi dünyanın ən müxtəlif ölkələrində fəaliyyətini qurub. Bu dövlətlər sırasında Əfqanıstan , Gürcüstan , Tacikistan , Türkiyə, İraq və İordaniya var. Bundan başqa Avropa Birliyinin üzvləri , ABŞ , Vyetnam və Küveytin rəsmi qurumları ilə əməkdaşlıq münasibətləri yaradılıb. İndi Beynəlxalq humanitar qurumlar ANAMA-ya ərazilərin minalardan təmizlənməsi üzrə komandaların beynəlxalq məktəbi kimi baxır. Cənab İsmayılov hər zaman öz peşəsinə sadiq qalmışdır və indi də biz bu fövqəl insanın təbliğ etdiyi prinsiplərin bundan sonra da təbliğinə sadiq qalmalıyıq. Mərhumun yaxın dostu , Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev əminliyini bildirib ki, Nazim İsmayılov bir vətənpərvər vətəndaş kimi Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq və o heç vaxt unudulmayacaq . Qeyd edək ki, BAMF cənab Nazim İsmayılovun vaxtsız ölümü ilə bağlı bir sıra Beynəlxalq humanitar təşkilatlara da xüsusi müraciət ünvanlayıb . Bu müraciətlərə cavab yazan minatəmizləmə qurumlarının Mozambik və Vyetnamdakı baş qərargahları Cənab İsmaylovun peşakarlığına xüsusi hörmət bəslədiklərini , onun ölüm xəbərindən məyus olduqlarını bildiriblər . Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Bakidakı mərkəzi ofisinə də beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirliklərindən başsağlığı məktubları gəlməkdə davam edir. NATO , ABŞ dövlət administrasiyası , Xorvatıyanın ,Bosniya və Hersoqovina , Tacikistanın minatəmizləmə üzrə ixtisaslaşmış qurumları ANAMA-ya rəsmi başsağlığı məktubu göndərərək , bu hadisədən çox kədərləndiklərini ifadə ediblər".