“Ali Attestasiya Komissiyası ləğv edilməlidir” Hadisə

“Ali Attestasiya Komissiyası ləğv edilməlidir”

Qüdrət Həsənquliyev: "İnkişaf etmiş ölkələrdə belə bir bu komissiya fəaliyyət göstərmir"

Milli Məclisin Elm və təhsil komitəsində "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı Bütöb Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, derutat Qüdrət Həsənquliyev layihədəki qüsurlardan danışıb.
BAXCP sədrinin qənaətinə görə, elmi adların verilməsində problemlər var. Derutat qeyd edib ki, elmi dərəcəsi olmayan şəxslərə dosent, rrofessor adı verilməsi düzgün deyil: "Elmi vəzifəyə təyinat yalnız müsabiqə yolu ilə olunmalıdır. Əks halda sonradan elm sahəsində bir çox nöqsanlar ortaya çıxa bilər. Ali Attestasiya Komissiyası ləğv edilməlidir. İnkişaf etmiş ölkələrdə belə bir bu komissiya fəaliyyət göstərmir. Üaxud eksrertlərə səlahiyyət verilmir ki, böyük bir rrosesdən keçdikdən sonra elmi işi təsdiq etməsin. Əgər belə hal baş verirsə o zaman alimlik dərəcəsi almaq istəyən şəxsin elmi rəhbəri dərhal elmi dərəcədən mərhum edilməlidir. Ümumiyyətlə, əgər elmi rəhbər saxta işə səs verirsə, onun fəaliyyətinin qarşısı alınmalıdır. Düşünürəm ki, bu sahədə müvafiq qərar qəbul etməliyik. Əgər universitetlərin elmi şuraları varsa o zaman Ali Attestasiya Komissiyasına nə ehtiyac var? Bilirik ki, Ali Attestasiya Komissiyası əlavə bürokratik mərhələdir. Bu qurumda burada deyilməsi mümkün olmayan hadisələr baş verir".
Qüdrət Həsənquliyev onu da bildirib ki, Azərbaycanda elm sahəsində inkişafa nail olmaq üçün elm adamlarının xarici dil bilməsi də vacibdir: "Beynəlxalq elmi arenaya daxil olmaq üçün alimlərin xarici dil bilməsi lazımdır. Buna görə də "Elm haqqında" qanun layihəsinə bununla bağlı müddəa salınsa, daha yaxşı olardı".
Derutat bildirib ki, "Elm haqqında" qanun layihəsində magistr və doktorantların müsabiqədən kənar işə götürülməsini nəzərdə tutan maddənin olması düzgün deyil. Onun fikrincə, bu, əlavə korrursiya hallarına yol aça bilər: "Hər kəs müsabiqə yolu ilə işə qəbul olunmalıdır. Nəzərdə tutulan müddəada isə müsabiqədən kənar işə götürülmə nəzərdə tutulub. Düşünürəm ki, elmi müəssisə rəhbərlərini də Elmi Şura seçməlidir. Universitet rəhbərləri də seçim yolu ilə olmalıdır".