11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
1 Mart 2021 12:54
5 971
Bu gün COVİD-19-a qarşı peyvənd olunmağımız ilk növbədə sağlamlığımızın təmini üçün vacibdir. Lakin vaksinasiya olunmaq həm də xarici ölkələrə səfər etmək istəyənlər üçün mühüm məsələyə çevrilib.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, ölkəmizdə istifadə edilən "CoronaVac" peyvəndi inaktiv SARS-CoV-2-dən hazırlanır. Vaksin insanlarda süni immunitet yaratmaqla virusa qarşı mübarizəni asanlaşdırır. Vaksin vurduran şəxslərin çox böyük əksəriyyəti COVİD-19 virusuna yoluxmurlar. Yoluxan insanlar isə bu xəstəliyi çox yüngül keçirə bilərlər:
"Vaksinasiyanın tibbi əhəmiyyəti barədə dəfələrlə mütəxəssislər tərəfindən fikirlər səsləndirilib. Lakin artıq gündəmə başqa məsələ də gəlib. Yoluxma sayı azaldıqca ölkələr tədricən sərhədlərini açırlar. Əksər dövlətlər sərhədlərini açdıqca ölkə ərazisinə giriş üçün peyvəndin olunması tələbini də irəli sürürlər. Hətta belə məlumatlar var ki, vaksinasiya olmamış şəxslər Avropa İttifaqının ərazisinə buraxılmayacaq. Bu təcrübədən Avropa İttifaqına daxil olmayan ölkələr də istifadə edə bilərlər. Şübhə yoxdur ki, yoluxmanın azalacağı təqdirdə qarşıdan gələn yay aylarında xaricə getmək istəyən insanların da sayı artacaq. Lakin həmin insanlar peyvənd olunmadığı halda, getdiyi ölkənin ərazisinə buraxılmaya bilər".
Y.Abdiyeva bildirib ki, artıq Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarından tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənədin təqdim edilməsi tələb olunur.
Onun fikrincə, qonşu Türkiyə və ya Rusiyanın, eləcə də digər ölkələrin bu cür qərar verməyəcəyinə zəmanət yoxdur. Buna görə də insanların bu kimi problemlərlə üzləşməməsi üçün peyvənd olunması lazımdır.
Y.Abdiyeva əlavə edib ki, daha yüksək yoluxuculuq qabiliyyətinə malik olan COVID-19 virusunun yeni ştammının sürətlə yayılması bu virusa yoluxma riksini dəfələrlə artırır. Ölkələr bu vəziyyəti də nəzərə alaraq, ölkə ərazisinə daxil olan bütün şəxslərdən peyvənd olunmanı tələb edə bilərlər.
Mütəxəssis qeyd edib ki, Azərbaycanda peyvənd olunanlar xaricə səyahət zamanı bunu təsdiqləyən sənəd əldə edə bilərlər. Bu barədə şəxsə elektron sistemdən çıxarılmış arayış təqdim edilir:
"Azərbaycanda hələlik peyvənd olunanlara COVID-19 pasportu verilmir. Bunun üçün həmin şəxslərə arayışlar verilir. Lakin ehtiyac olarsa, xaricə səfər edənlərə "COVID-19 pasportu" da verilə bilər".
11 İyul 19:21
1 008
11 İyul 16:27
1 225
11 İyul 16:02
1 190