"Azexport" portalına ixrac sifarişləri 28% artıb Hadisə

"Azexport" portalına ixrac sifarişləri 28% artıb

Bu ilin yanvar ayı ərzində Azexport.az portalına 53,9 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə bu göstərici 28% artıb.

Hesabat dövründə ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 yanvar tarixinə kimi (49 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,25 mlrd. dollar təşkil edib.