“Vergi və sığorta yükü azalır, vətəndaş qazancda!”
29 Dekabr 22:57
29 Dekabr 22:57
29 Dekabr 22:40
29 Dekabr 21:22
29 Dekabr 21:18
3 Mart 2021 12:19
1 736
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, martın 3-də gecə saatlarında Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılmış və aidiyyatı üzrə Füzuli RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.
Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
29 Dekabr 19:41
903
29 Dekabr 18:53
1 001
29 Dekabr 18:18
1 176