Çingiz Qənizadə Qüdrət Həsənquliyevi təbrik edib Hadisə

Çingiz Qənizadə Qüdrət Həsənquliyevi təbrik edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi təbrik edib. Təbrikdə deyilir: "Hörmətli Qüdrət müəllim,
Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və tükənməz həyat enerjisi arzu edirəm.
Millət vəkili olaraq qazandığınız təcrübə və nüfuzunuz, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindəki fəaliyyətiniz müstəqil Azərbaycanımızın milli qanunvericilik bazasının formalaşmasında və təkmilləşdirilməsində danımaz xidmətlərə malikdir. Qoy bütün bilik və bacarığınız, şəxsi keyfiyyətləriniz gələcəkdə də ölkəmizin nüfuzunun artmasına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yeni-yeni töhfələr bəxş etsin!"