Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb Hadisə

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası martın 6-da keçiriləcək.
Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 17 məsələ daxildir. Cinayət Məcəlləsinə, İnzibati Xətalar və Torpaq məcəllələrinə, o cümlədən "Ovçuluq haqqında", "Heyvanlar haqqında", "Dini etiqad azadlığı haqqında", "Dərman vasitələri haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişikliklər, eləcə də "Vətəndaşların müraciətləri haqqında" yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi planlaşdırılır. Bundan başqa, insan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsi dinləniləcək.