MM-də MDB PA-nın komissiya iclası keçiriləcək Hadisə

MM-də MDB PA-nın komissiya iclası keçiriləcək

Bu gün Milli Məclisdə MDB Parlamentlərarası Assambleyasının Büdcə nəzarəti komissiyasının iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə komissiyanın 2013-cü ildə fəaliyyətinin yekunları, MDB PA-nın 2014-cü il üçün iş planı, "MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında" qərar layihəsi müzakirə olunacaq, maliyyə və təşkilati məsələlərə baxılacaq.
İclasda MDB dövlət başçıları Şurası və hökumət başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB Gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunacaq.
Yığıncaqda Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti, Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun Bakı filialının fəaliyyəti barədə məruzələr dinləniləcək.