Bayram və istirahət günlərində təcili yardım gücləndirilmiş rejimdə işləyəcək Hadisə

Bayram və istirahət günlərində təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

Novruz bayramı və istirahət günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən keçiriləcək bayram tədbirləri ilə əlaqədar Bulvar ərazisində - Hökumət Evi, Qız qalası, Kukla Teatrı və "Azneft" meydanında təcili yardım briqadaları növbə çəkəcək. Kütlənin daha çox olduğu Atəşgah ərazisində, bundan əlavə, icra hakimiyyətləri tərəfindən keçirilən bayram tədbirlərində də həkim briqadaları növbədə olacaq.
Adətən bayram və istirahət günlərində təcili yardıma müraciət edən insanların sayının artdığını xatırladan O. Şahmalıyev qeyd edib ki, həmin günlərdə xəstəxana və poliklinikalar işləmədiyi üçün əsas yük təcili yardımın üzərinə düşür.
Bayram və istirahət günlərində 140 həkim briqadası Bakının 12 rayonunda insanlara xidmət göstərəcək.