İstanbulda “Dostluq” film festivalı keçiriləcək Mədəniyyət

İstanbulda “Dostluq” film festivalı keçiriləcək

Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə İstanbul şəhərində "Dostluq" beynəlxalq qısametrajlı film festivalı keçiriləcək. Dekabrın 14-də start götürəcək festival üç gün davam edəcək. Təşkilat Komitəsinin məlumatına görə, festivala qatılmaq üçün 76 ölkədən 789 film təqdim olunub. Onlardan 17-si festivalda yarışmağa vəsiqə qazanıb. Birinci, ikinci və üçüncü yerləri tutan filmlərə pul mükafatı veriləcək.