TÜRKSOY “Nəsimi ili” üçün tədbirlər proqramı hazırlayır Mədəniyyət

TÜRKSOY “Nəsimi ili” üçün tədbirlər proqramı hazırlayır

Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyət proqramına yeni bir stimul verib. Təşkilat böyük Azərbaycan şairinin həyat və yaradıcılığının tanıdılması və təbliği məqsədilə təşkil olunacaq tədbirlərə geniş yer ayıracaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.
"Hazırda Nəsimiyə həsr olunacaq tədbirlər proqramı üzərində iş aparılır. Digər türkdilli ölkələrdə olduğu kimi, 2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı Qırğızıstanın Oş şəhərində də "Nəsimi-650" mövzusunda tədbirlərin təşkili nəzərdə tutulur", - deyə D.Kaseinov vurğulayıb.
Qeyd edək ki, TÜRKSOY böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunacaq "İmadəddin Nəsimi ili - 2019"un açılışını martın 12-də Ankara şəhərində keçirməyi planlaşdırır.