Ancelina Colidən yeni film Mədəniyyət

Ancelina Colidən yeni film

Məşhur aktrisa Ancelina Coli keniyalı paleoantropoloq Riçard Likinin həyatının motivləri üzrə "Afrika" adlanan film çəkəcək

Lent.az-ın "anspress.com"-a istinadən məlumatına görə, Riçard Liki Keniyada britaniyalı arxeoloqlar və paleontoloqlar ailəsində anadan olub. Ətraf mühitin qorunması üçün çalışan alimin Keniyanın vəhşi təbiətin qorunması üçün bir sıra xidmətləri olub və təbiətin mühafizəsi üçün silahlı dəstələri təşkil edib. Bununla belə, Riçard elmi fəaliyyətlə də məşğul olub. O, paleoantropologiya sahəsində bir sıra vacib layihələrin müəllifidir. "Afrika" filminin premyerasının nə vaxt baş tutacağı elan edilməyib.
Aktrisanın rejissorluq etdiyi "Sındırılmamış" filmi dekabr ayında ekranlara çıxacaq. Hazırda isə o, baş rolları həyat yoldaşı Bred Pittlə paylaşdığı "Dənizdə" filminin çəkilişlərindədir.