2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
18 May 2020 16:35
15 701
Mayın 23-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından “Cik-cik xanım” tamaşası nümayiş etdiriləcək. Tamaşa uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib. Əli Səmədlinin “Cik-cik xanım” əsərinin tamaşası balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onun cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onun bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.
Əli Səmədli 55 ildən artıq uşaq ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, Belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub. Görkəmli yazıçı Əli Səmədli 2006-cı il may ayının 30-da vəfat edib.
17:16
343
12:00
784
24 Sentyabr 22:46
784