“İtaliyanın skripka sənəti” nümayiş olunub Mədəniyyət

“İtaliyanın skripka sənəti” nümayiş olunub

Martın 3-də Beynəlxalq Muğam Mərkəzində "İtaliyanın skripka sənəti" nümayiş olunub. Dünya şöhrətli skripka ustası, məşhur Stradivari, Qvarneri, Guadagnini üslubunda hazırlanan skripka alətlərinin müəllifi Klod Lebet, musiqişünas professor Maqda Pedaçe, İtaliyanın tanınmış violonçel ustası Perluici Rucero, bəstəkar və gitara ifaçısı Stefano Muskaritolo və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, pianoçu, bəstəkar Kəmalə Əlizadənin iştirakı ilə İtaliya skripka sənətinin təqdimatı olub.
Tədbirdə İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillon çıxış edərək hər iki ölkənin bir-biri ilə möhkəm dostuq əlaqələrindən danışıb. Ölkələrimiz arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm, vətəndaş cəmiyyəti və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən səfir diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Nəzərinizə çatdıraq ki, tədbirin təşkilatçıları Azərbaycan-İtaliya Assosiasiyası, İtaliyanın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzidir.
Tədbir konsert proqramı ilə davam edib.