Bolqarıstan Azərbaycandan qaz almaq istəyir İqtisadiyyat

Bolqarıstan Azərbaycandan qaz almaq istəyir

Rusiya qazından tam asılı vəziyyətdə olan Bolqarıstan hazırda Azərbaycandan qaz idxalı imkanlarını nəzərdən keçirir.
APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stoynev açıqlamasında qeyd edib ki, rəsmi Sofiya Rusiya qazının tədarükündə problemlər yarada biləcək Ukraynadakı hadisələri diqqətlə izləyir.
Qeyd edək ki, bir müddət əvvəl Bolqarıstan Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağından 2019-cu ildən başlayaraq ildə 1 mlrd. kubometr qaz alacağına dair müqavilə bağlayıb.