Azərbaycanda 10 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Pakistanın Aİ-dəki səfiri: Zəfər Gününü Azərbaycanla birlikdə qeyd edirik - EKSKLÜZİV
Türkiyə MN: F-16-larımız Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək
Paşinyan II Qareginin qardaşını KQB-yə işləməkdə ittiham edib
Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 61 %-dən çox artıb
4 İyul 2019 15:39
5 922
Yaxın günlərdə Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və “Türküstan” fider gəmisi ilə Ələt limanına yola salınacaq.
Layihə bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.
Razılaşma, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.