“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
6 Sentyabr 2019 14:10
1 883
"Hazırda Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 60 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir".
Bunu Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşü zamanı bildirib.
Nazir onu da bildirib ki, Azərbaycan Cənubi Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır. 2019-cu ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. ABŞ dolları təşkil edib. Ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.
Səfir xanım Muriel Peneveyre İsveçrənin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycandakı sənaye parklarında İsveçrə şirkətlərinin iştirakı ilə birgə müəssisələrin yaradılması, enerji, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
1 Noyabr 14:45
1 981
1 Noyabr 13:43
2 023
1 Noyabr 13:27
1 967