Konfrans Liqası: “Dinamo” - “Neftçi” oyununun start heyətləri açıqlandı İdman

Konfrans Liqası: “Dinamo” - “Neftçi” oyununun start heyətləri açıqlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda keçiriləcək “Dinamo” (Minsk) - “Neftçi” qarşılaşmasının start heyətləri açıqlanıb.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdə komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Dinamo”: 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vladislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 78. Artyom Sokolovski, 42. Favaz Abdullahi, 30. Mustafa Cimet, 7. Yevgeni Malaşeviç, 10. Karen Vardanyan.

Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 3. Maksim Şetsov, 5. Danil Duşkevski, 9. Andrey Lutskoviç, 11. Quljiqit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Quibero, 23. Aleksey Zençko, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 67. Roman Bequnov, 80. Leonard Qvet.

Baş məşqçi: Aleksandr Şaqoyko.

“Neftçi”: 1. Emil Balayev, 3. Rüfət Abbasov, 17. Murad Xaçayev, 55. Endryu Qravilyon, 77. Mamadu Sako, 8. Emin Mahmudov (k), 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 11. İmad Faraj, 33. Breno Almeyda, 29. Lyubomir Tupta.

Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 5. İqor Ribeyro, 6. Sessi D’Almeyda, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 24. Mustafa Sek, 82. Məhəmməd Məmmədli, 97. Bassala Sambu.

Baş məşqçi: Yuri Vernidub.