Livan Prezidenti: Türkiyə ən çətin günlərimizdə yanımızda olub Dünya

Livan Prezidenti: Türkiyə ən çətin günlərimizdə yanımızda olub

"Türkiyə ilə Livan arasında dərin köklü əlaqələr var. Hər iki ölkənin xalqlarının rifahı və regionun sabitliyi naminə əməkdaşlıq etmək üçün siyasi iradə mövcuddur".

Bunu Türkiyədə səfərdə olan Livan Prezidenti Cozef Aun Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Aun səfərin bölgənin gələcəyinin formalaşdığı bir dövrə təsadüf etdiyini deyib: "Cənab Ərdoğan münasibətlərimizi yeni əməkdaşlıq səviyyəsinə qaldırmaq əzmindədir".