16:25
322![]()
İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində iki tələbə yataqxanasının binası ABŞ Silahlı Qüvvələrinin zərbələri nəticəsində zədələnib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Xuzistan əyalətinin qubernatoru Məhəmməd Rza Mollazadə bildirib.
"ABŞ-nin son hücumları nəticəsində iki tələbə yataqxanası kompleksinə ziyan dəyib. Bəzi tələbələr başqa yerə köçürülüb, bəzilərinə isə köməklik göstərilib", — deyə YJC agentliyi onun sözlərini sitat gətirib.
Məryəm Quliyeva