16:22
588
İran İordaniyadakı "Əl-Azraq" ABŞ hərbi-hava bazasına zərbələr endirərək bir neçə təyyarəni məhv edib və zədələyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elitar bölmələri) bəyanatında bildirilir.
"Tasnim" agentliyinin mətnə istinadən verdiyi məlumata görə, baza ərazisindəki obyektlərə balistik raketlər buraxılıb. Hücum nəticəsində üç F-35 qırıcı təyyarəsinin məhv edildiyi, daha üç təyyarəyə isə ciddi ziyan dəydiyi iddia olunur. İran tərəfinin məlumatına görə, zərbələr nəticəsində tələfat var.
SEPAH-dan vurğulanıb ki, bu hücum ABŞ-nin İslam Respublikasının ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
Məryəm Quliyeva