ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş quruma sanksiya tətbiq edib Dünya

ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş quruma sanksiya tətbiq edib

ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş şirkətə sanksiya tətbiq edib.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

Moskvada yerləşən Air Cargo Pro nəqliyyat şirkətinə, eləcə də Çin, İran və Hindistandan olan dörd şirkətə məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar həmçinin Çin vətəndaşına da tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada məhdudiyyətlərin hədəf alındığı şəxslərin ABŞ-ın sanksiya siyahısında olan İranın "Mahan Air" aviaşirkəti ilə əməkdaşlıq etdiyi iddia edilir. Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını nəzərdə tutur, Amerika vətəndaşlarına və şirkətlərinə siyahıda olanlarla iş görməyi qadağan edir.