18:48
315
Polşada polisi sosial mediada Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı təhqiramiz ifadələr paylaşan və sui-qəsd çağırışı edən 40 yaşlı kişini saxlayıb.
Bu barədə "RMF FM" məlumat yayıb.
Şübhəli iki maddə üzrə - qətl törətməyə açıq şəkildə təhrik etmə və təhqir - ittiham olunur.
İstintaq zamanı kişi günahını etiraf edib və peşman olduğunu bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına paylaşımları emosiyaların təsiri altında dərc etdiyini və indi etdiyi əməldən peşman olduğunu deyib.
İstintaq Muşin rayon prokurorluğunun nəzarəti altında aparılır. Saxlanılan şəxsi üç ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Vladimir Zelenski iyulun 29-da ABŞ-dan Polşanın Lyublin şəhərinə səfər edib .
Bu, onun Polşa ordenindən məhrum edilməsindən sonra Varşavaya ilk səfəri idi.
Səfər çərçivəsində Zelenski Polşanın Baş naziri Donald Tusk ilə görüşüb . Tərəflər Ukraynaya investisiya qoyuluşu, hava hücumundan müdafiə sahəsində əməkdaşlıq, eləcə də ikitərəfli qarşılıqlı fəaliyyətin digər sahələrini müzakirə ediblər.