19:19
336
Livan Prezidenti Cozef Aun Türkiyəyə rəsmi səfərə gəlib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Prezident Sarayında keçirilən rəsmi qarşılanma mərasimindən sonra C.Aun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə olunub.
Danışıqların yekununda liderlər birgə mətbuat konfransı keçiriblər.
Ərdoğan çıxışında bildirib ki, C.Aunun Ankaraya gəlişi 17 illik fasilədən sonra Livandan dövlət başçısı səviyyəsində Türkiyəyə ilk səfərdir.
"Görüşdə, xüsusilə İsrailin Livanın cənubunda davam edən hücumlarını müzakirə etdik. Biz dost və qardaş Livan xalqını dəstəkləməyə davam edirik. Livan Yaxın Şərqdə lap əvvəldən hədəf aldığımız ölkələrdən biri olub".