Əhalinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub İqtisadiyyat

Əhalinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə növbəti görüş keçirib.

Bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Görüş zamanı sığorta sektorunun cari ilin birinci yarımili üzrə fəaliyyət nəticələri, bazarda müşahidə olunan əsas inkişaf meyilləri, eləcə də qarşıdakı dövr üzrə perspektivlər müzakirə olunub.

Bundan əlavə, sığorta məhsullarının çeşidinin artırılması, əhalinin və biznes subyektlərinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin daha da dərinləşdirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.