İsrail ABŞ-nin İranla bağlı aydın strategiyasının olmamasından narahatdır Gündəm

İsrail ABŞ-nin İranla bağlı aydın strategiyasının olmamasından narahatdır

İsrail hakimiyyəti ABŞ rəhbərliyinin İranla münaqişənin tənzimlənməsi və ya genişmiqyaslı hərbi əməliyyatların bərpası ilə bağlı aydın strategiyasının olmamasından narahatdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Associated Press" (AP) agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, yəhudi dövlətinin rəhbərliyi 3 noyabr 2026-cı ildə ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə qədər Prezident Donald Trampın aydın nəticələr əldə etmək perspektivi olmadan İranla bu müharibəni "zəif alovda" davam etdirəcəyindən ehtiyatlanır. Bundan əlavə, neft qiymətlərinin artması və ABŞ hərbçilərinin raket ehtiyatlarının tükənməsi səbəbindən Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları məhdudlaşdırmağa hazır olması da İsraildə narahatlıq doğurur.

Məryəm Quliyeva