17:57
273
"44" bədii filminin çəkilişləri başa çatıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov sosial media hesabında məlumat paylaşıb.
O, "44" bədii filmi üzərində işin yekunlaşdığını vurğulayıb: "Filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edildi. Səbirlərinə, fədakarlıqlarına, əməklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram!".
Qeyd edək ki, film Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunub.
Ekran əsərində baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar. Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.