Zelenski: Rusiya Şimali Koreya raketi ilə Raduşnoyedə bir ailənin həyatına son qoyub Dünya

Zelenski: Rusiya Şimali Koreya raketi ilə Raduşnoyedə bir ailənin həyatına son qoyub

"Ötən gecə rus işğalçıları KXDR-dən atılan ballistik raketlə Krivoy Roq yaxınlığındakı Raduşne kəndinə zərbələr endiriblər".

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb .

O vurğulayıb ki, Rusiya ilk dəfə Şimali Koreyadan Raduşnaya qarşı raketdən istifadə edib.

"Moskvanın Şimali Koreyadakı dəli rejimlə ittifaqının məqsədi uşaqlarımızı qətl etməkdir. Dünyada bir çoxları bu hücumu pisləyib və insan itkisinə başsağlığı verib. Bundan əlavə, Avropa ölkələri Polşanın hava məkanını pozan və Lyublin yaxınlığındakı bir sahədə partlayan Rusiya raketi haqqında çox danışıblar. Ən vacib olan təkcə rəğbət və qınaq deyil, həm də hava hücumundan müdafiə raketlərini Ukraynaya verməkdir. Əsas prioritet hava hücumundan müdafiə raketləri - Patriot, NASAMS, IRIS-T, HAWK və digər sistemlərdir".

Xatırladaq ki, 30 iyul gecəsi Rusiya qoşunları Krivoy Roq rayonunun Raduşne kəndinə raket zərbəsi endirib . Hücum nəticəsində çoxuşaqlı bir ailənin yaşadığı fərdi ev tamamilə dağılıb.

Yerli medianın məlumatına görə, hücum nəticəsində 47 yaşlı Artem Voronov və onun 41 yaşlı həyat yoldaşı Olena, həmçinin onların yeddi uşağı ölüb.

Ailədən geriyə yalnız iki qız övladı qalıb. Onlar xaricdə yaşayırlar.

Daha sonra Zelenski Raduşnada qurbanların ailəsinin şəklini göstərərək bildirib ki, bu insanlar Pentaqonda, Avropa paytaxtlarında və dünyanın hər yerində qərar qəbul edənlər tərəfindən görülməlidir.