Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı Hadisə

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt şəhəri və Yasamal rayonunda 3 nəfərə məxsus ümumilikdə 1030 manat dəyərində dörd velosiped oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı C.Orucov və 41 yaşlı X.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.