İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
10 Dekabr 2019 11:57
4 158
Respublikada noyabr ayı üzrə gündəlik neft hasilatı 776 min barrel təşkil edib. Bunun 687 min barreli xam neft, 89 min barreli kondensat olub. Gündəlik 577 min barrel xam neft, 82 min barrel kondensat, 26,4 min barrel isə neft məhsulları ixrac edilib.
Energetika Nazirliyindən bildirilib ki, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair ötən il dekabrın 7-də əldə edilən razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında orta gündəlik neft hasilatı 764 min barrel olub.
Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, cari il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Gələn ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.