İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
17 Dekabr 2019 14:18
3 822
Yükdaşımalar üzrə əsas tərəfdaşlarımız Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan, Türkmənistan və Gürcüstan respublikalarıdır. Bundan əlavə, ölkəmiz üzərindən tranzit daşınmalar həyata keçirilir.
Bunu mətbuat konfransında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.
“Ölkəmiz üzərindən əsasən Qazaxıstanın neft məhsulları daşınır, Çinin elektrik mallarından tutmuş yüksək texnologiyalarınadək olan mallar Avropaya çatdırılır, Rusiyadan kömür, ağac məmulatları, taxıl, dəmir, ümumiyyətlə, daha çox xammal tranzit olunur. Özümüzün ixracımız əsasən neftdir. Bu neftin Gürcüstan limanları vasitəsilə Avropaya çatdırılması təmin olunur. Bundan əlavə neft məhsullarımız, açılan karbamid zavodlarında istehsal olunan karbamid, kükürd də daşınır”.