2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
31 Yanvar 2020 16:05
4 641
Qazaxıstan Azərbaycanda üç ticarət evinin açmasını planlaşdırır.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ASK-ın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, səfirliyin binasının birinci mərtəbəsində Qazaxıstan məhsullarının sərgisi təşkil olunacaq, eyni zamanda ölkələr arasında İşgüzar Şura yaratmaq üçün rəsmiləşdirmə işlərinə başlanılıb.
Öz növbəsində M. Musayev cari ilin birinci rübündə İşgüzar Şuranın yaradılmasını tam reallaşdırmağı təklif edib və bunun üçün ASK üzvlərinə müvafiq göstərişlər verib.
Qərara alınıb ki, ikinci rübdə ticarət evlərinin açılması da reallaşdırılsın, ASK bunun üçün səfirliyə öz köməyini göstərəcək.
17:34
266
17:15
336
16:51
539