Türkiyə həm İran, həm də ABŞ rəsmiləri ilə danışıqlar aparır
Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb
Samir Bağırov: Qorxurdum deyə, səhnəyə qaçırdım, o güclər məni öz tərəfinə çəkirdilər - MÜSAHİBƏ
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
Fidan İranın XİN rəhbəri ilə ölkədəki vəziyyəti yenidən müzakirə edib
23 Mart 2020 13:23
3 885
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 85 min ton həcmində növbəti partiya nefti Belarusa yola salıb.
Bunu Trend-ə SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İbrahim Əhmədov deyib.
İ.Əhmədov qeyd edib ki, neft Gürcüstanın Supsa limanından göndərilib və növbəti partiyalar gələcəkdə müəyyən edilə bilər.
Qeyd edək ki, Azərbaycan martın 5-6-da Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk neft partiyasını göndərmişdi.
Mozır neft emalı zavodu həmin partiyanın emalına artıq başlayıb.
Daha əvvəl Belarusun “Belneftexim” şirkətinin mətbuat katibi Aleksandr Tişşenko bildirmişdi ki, mart ayında SOCAR Belarus üçün Ukraynanın Odessa limanına 160 min ton həcmində iki tanker neft göndərməyi planlaşdırıb. Bu neft daha sonra Odessa-Brodı boru kəməri ilə nəql olunacaq.