Avropa İttifaqı Ermənistanda yeni tərəfdaşlıq missiyasına başladı
UTX Rusiyanın hərbi, logistik və yanacaq obyektlərinə genişmiqyaslı zərbələr endirib
Avropa Birliyi VKontakte-nin sahibi VK-ya qarşı sanksiyalar tətbiq edib
“Bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq”
Rusiya MN: Sutka ərzində Ukraynanın 12 aviasiya bombası və 926 PUA-sı vurulub
13:22
658
Rusiya–Ukrayna müharibəsi artıq 1601-ci gününə qədəm qoyub və döyüşlər bütün cəbhə boyu davam edir.
Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlaması zamanı hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, 1601 gündür tərəflər arasında amansız və şiddətli döyüşlər gedir: “Müharibə hər iki tərəfdə böyük insan itkilərinə və ciddi dağıntılara səbəb olub.
Yaxın bir neçə həftə ərzində döyüşlərin daha da intensivləşəcəyi gözlənilir.
Avqust və sentyabr aylarında Ukraynanın pilotsuz uçuş aparatları və ballistik raketlərdən daha geniş istifadə etməsi müharibənin gedişinə ciddi təsir göstərəcək. Bu isə münaqişənin daha da şiddətlənməsinə səbəb olacaq”.
Hərbi ekspertin sözlərinə görə, Ukraynanın eyni vaxtda yüzlərlə pilotsuz uçuş aparatından istifadə imkanları artır və yaxın həftələrdə bu say daha da yüksələ bilər:
“Ukraynanın buna imkanları var. Sürü şəklində yönləndirilən dronların qarşısını almaq Rusiya hava hücumundan müdafiə sistemləri üçün olduqca çətindir. Buna görə də Rusiyanın hava hücumundan müdafiə imkanları ciddi sınaq qarşısındadır. Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyev də çıxışı zamanı Rusiya və Ukrayna nümayəndələrinin suallarını cavablandırarkən müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.
Müharibə davam edərsə, qarşıdakı həftə və aylarda daha böyük faciələr yaşana bilər.
Bir gecədə 340-dan çox pilotsuz uçuş aparatının hücuma keçməsi hələ tam mənzərə deyil. Rusiyanın strateji neft emalı zavodları və hərbi obyektləri hədəfə alınır. Hazırda Rusiyada yanacaq böhranı yaşanır, Krımdakı vəziyyət isə olduqca gərgindir”.
Üzeyir Cəfərov hesab edir ki, münaqişənin həlli üçün tərəflər danışıqlar masasına qayıtmalıdır:
“İlk növbədə Rusiya başladığı bu avantüraya son qoymalı, tərəflər masa arxasına keçərək məsələləri danışıqlar yolu ilə həll etməlidirlər”.
Günel Elxan