Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
İdeoloji məsələləri sosial şəbəkə qəhrəmanlarının öhdəsinə buraxmaq olmaz - RƏY
“Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin önəmini bir daha göstərir”
Mərkəzi Bank və Dünya Bankı maliyyə sektorunun dayanıqlılığını müzakirə edib
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
16 Aprel 2020 12:37
2 989
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə dəyəri 113 231,89 min ABŞ dolları dəyərində 84 598,82 ton meyvə-tərəvəz ixrac edib.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-mart ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 9,4% artıb, həcmi isə 14,4% azalıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz mallarını əsasən tomat (32 769,68 ton), meşə fındığı (6 007,48 ton), alma (18 186,58 ton) və xurma (17 947,06 ton) təşkil edib.