24 Sentyabr 18:13
24 Sentyabr 16:44
24 Sentyabr 15:59
5 May 2020 10:52
2 121
Böyük Britaniyanın avtomobil sənayesi son üç onilliyin ən pis dövrünü yaşayır. Belə ki, Birləşmiş Krallıqda yeni avtomobillərin satışı aprel ayında 97% azalıb.
"APA-Economics"in Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinə istinadən verdiyi məlumata görə, ay ərzində yalnız 4 minə yaxın yeni avtomobil qeydiyyata alınıb. Bu, 1946-cı ildən bəri ən aşağı aylıq göstəricidir.
Son proqnoza görə, Böyük Britaniyada illik avtomobil satışları 1,68 mln. ədəd təşkil edəcək. Belə olduğu halda, bu, 1992-ci ildən etibarən ən pis nəticə olacaq. 2019-cu ilin sonunda Krallıqda 2,3 mln. yeni avtomobil realizə edilib.
Qeyd edək ki, avtomobil satışlarının kəskin azalmasının səbəbi koronavirusun yayılmasına qarşı yönəldilmiş məhdudlaşdırıcı tədbirlər olub: satıcılar və avtomobil zavodları bir ay ərzində karantinə alındı və potensial alıcılar təcrid olunmuşdular.
24 Sentyabr 16:48
749
24 Sentyabr 16:46
756
24 Sentyabr 16:45
791