Vergi borcu olanların əmlakı siyahıya alınır İqtisadiyyat

Vergi borcu olanların əmlakı siyahıya alınır

Tural

12 saylı Ərazi Vergilər Departamentinin və 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən həmin idarələrin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, ümumilikdə 22 min 915 manat dəyərində əmlak siyahıya alınıb.
Vergilər Hazirliyinin məlumatına görə, 12 saylı ƏVD-nin əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində yerləşən, fiziki şəxs Qocayeva Şərqiyyə Mustafa qızına məxsus "Arzu" mebel mağazasının fəaliyyəti araşdırılarkən, onun 4247 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmiş, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 5000 manat dəyərində mebel və avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.
Gəncədə fiziki şəxs Məmmədov Şahin Ramiz oğluna məxsus elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmiş, 1044 manat vergi borcu müqabilində 540 manat məbləğində əmlak siyahıya alınmışdır. Gəncə şəhərində fiziki şəxs Mahmudov Kamil Oqtay oğluna məxsus ərzaq mağazasında da əmlakın siyahıya alınması zamanı vergi ödəyicisinin 1074 manat məbləğində borcunun təmin edilməsi məqsədilə obyektdəki 1100 manat dəyərində ərzaq məhsulları müvafiq qaydada siyahıya alınıb.