Ərdoğan: Türkiyə pilotsuz təyyarə istehsalında ilk üç ölkə arasındadır
Azərbaycan və Serbiya artilleriyaçılarının birgə təlimi keçirilib
Azərbaycana qanunsuz yolla 1 300 karata yaxın qiymətli daşların gətirilməsinin qarşısı alınıb
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
15 İyun 2020 13:27
2 905
Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 42 (ötən ilin müvafiq ayında 90 ev) daşınmaz əmlak alıblar.
"APA-Economics"in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, yanvar-may ayları ərzində 361 ev (yanvarda 99 ev, fevralda 90 ev, martda 95 ev, apreldə 35 ev) alınıb. Bildirək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 ev və ya 22% azdır.
Bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında VII yerdə qərarlaşıb.
Qeyd edək ki, Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (2 230 ev), İran (2 102) və Rusiya (864) sıralanıb. Ümumilikdə, xaricilər Türkiyədə bu ilin yanvar-may ayları ərzində 12 734 ev alışı həyata keçirib.
15:15
903
11:58
973
11:56
987