Rusiyadan rəsmi etiraf İqtisadiyyat

Rusiyadan rəsmi etiraf

İqtisadiyyat naziri : "Ölkə iqtisadiyyatının inkişafı dayanıb"

Ukrayna böhranı səbəbi ilə Qərbin tətbiq etdiyi sanksiyalar, neft qiymətlərinin 85 dollara qədər enməsi Rusiya iqtisadiyyatının inkişafını dayandırıb. Axar.az xəbər verir ki, belə bir məlumatla Rusiyanın İqtisadiyyat naziri Aleksey Ulyukayev məlumat verib.
Onun sözlərinə görə, ilk doqquz aylıq inkişaf cəmi 0,8 faizə bərabər olub: "Brent çıxışlı neftin bir barreli 84,5 dollardan satılıb. Ural neftinin qiyməti isə 82,9 dollardır. Neftin barrel qiymətləri hazırda 2014-cü il üçün nəzərdə tutulan dövlət büdcəsindən 10 dollar aşağıdır".
Bu arada rublun dəyərdən düşməsi və qida idxalının dayandırılması daxili bazarda qiymətlərin kəskin artmasına səbəb olub. Rusiya Federal Statistika Xidmətinin rəqəmlərinə görə, inflyasiya artıq 8,3 faiz səviyyəsindədir.