Azərbaycan əhalisi sentyabrda nağd dollar alışını və satışını artırıb İqtisadiyyat

Azərbaycan əhalisi sentyabrda nağd dollar alışını və satışını artırıb

Bu ilin sentyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 172 653,1 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 74 415,6 min dollar və ya 30,1 % azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, avqust ayı ilə müqayisədə isə sentyabrda ölkə əhalisi dollar alışını 18 274,2 min dollar və ya 11,8% artırıb.

Bundan başqa, bu ilin sentyabr ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 119 012,7 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 16 970,8 min dollar və ya 12,5% azdır, bu ilin avqust ayı ilə müqayisədə isə 26 662,6 min dollar və ya 28,9% çoxdur.