Azərbaycan nefti 70 dollardan aşağı düşüb İqtisadiyyat

Azərbaycan nefti 70 dollardan aşağı düşüb

Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, "AzəriLayt" markalı neftin bir barreli London birjasında 0,62 dollar ucuzlaşaraq 69,98 dollara düşüb.
Nyu-Yorkun NYMEX birjasında "Layt" markalı neftin bir barreli 65,84 dollara, Londonun İCE birjasında isə "Brent" markalı neftin bir barreli 69,07 dollara satılıb.